Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin olunması təlim başa çatana qədər mümkün olmayacaq.

Reuters qeyd edir ki, Tramp administrasiyası deportasiyaların artırılması və immiqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət viza və yaşıl kartların ləğv edilməsini, həmçinin siyasi baxışlar və Fələstin tərəfdarı aksiyalarda iştirak da daxil olmaqla müxtəlif səbəblərlə müraciətlərin rədd edilməsini nəzərdə tutur.

ABŞ administrasiyası hesab edir ki, bu tədbirlər ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …