Bazar , 25 Oktyabr 2026
Drone Cameras

ABŞ-ın bu yeni təyyarəsi Çin üçün təhdid olacaq

ABŞ-ın yeni B-21 Raider strateji bombardmançısı Çin üçün real təhdid kəsb edə və Sakit okeanda qüvvələr balansını dəyişdirə bilər.

Boyukmillet.com  xəbər verir ki, bu iddia ilə amerikalı hərbi ekspert Aleks Xollinqs çıxış edib. Onun sözlərinə görə, Vaşinqton indiyə qədər Pekinə Cənubi Çin dənizində effektiv müqavimət göstərə bilmir. O, bunun Çinin DF-17 hipersionik raketləriylə əlaqəli olduğunu bildirib.

Xollinqs Çinlə müharibə yaşanacağı halda bunun quru yox, dənizdə olacağını və bu işdə ABŞ-a ən böyük yardımı B-21-lərin edəcəyini bildirib. 

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …