Şənbə , 27 Aprel 2024
Drone Cameras

ABŞ-ın koronavirus peyvəndi gələn həftə hazır olacaq

Amerikanın koronavirus əleyhinə yeni vaksini gələn həftə yerli tənzimləyicisi tərəfindən bəyəniləcək, sonra ölkədə əhalinin peyvənd edilməsinə başlanılacaq.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, belə əminliklə Corciya ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donalzd Tramp çıxış edib.

“Və onlar (bəyənilmə) gələn həftə başlanacaq. Və biz vaksinləməyə başlayacağıq”, – dövlət başçısı deyib.

Trampın fikrincə, onun administrasiyasının səyləri sayəsində ABŞ-da vaksinin hazırlanılması prosesi inanılmaz dərəcədə sürətli olub. “Başqa administrasiyada bu, beş il vaxt aparardı. Bizə yeddi ay lazım oldu”, – respublikaçı dövlət başçısı əminliyini ifadə edib.

Birləşmiş Ştatlar administrasiyası koronavirus peyvəndinin hazırlanılması üçün Amerikanın “Moderna” şirkətinə 486 milyon ABŞ dolları, “Johnson & Johnson”a 456 milyon ABŞ dolları, Britaniya-İsveçin müştərək “AstraZeneca” kompaniyasına isə 1,2 milyard ABŞ dolları ayırıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …