Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

ABŞ-ın Suriyadakı bazası raket hücumuna məruz qalıb

“İraqın İslam Müqaviməti” hərəkatına aid silahlı silahlı qruplaşmalar Suriyanın Haseke əyalətinin cənubundakı Əş-Şəddadi şəhərindəki ABŞ hərbi bazasına raket zərbələri endirib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Əl-Cəbsə neft yatağının yanında yerləşən hərbi obyektə çoxsaylı raket sistemlərindən atəş açılıb.

Hücum zamanı bazada bir neçə partlayış baş verib.

Bundan əvvəl Suriyadakı bazada yerləşdirilmiş Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Ceyrdəki hərbi aerodromuna hücum olub. Ona bir neçə raket atılıb. Aerodrom ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ora eniş etdikdən bir neçə saat sonra atəşə tutulub.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …