Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ Kanadaya ciddi xəbərdarlıq edib

Ottava cavab tədbirləri görərsə, ABŞ səlahiyyətliləri Kanadadan gələn mallara tarifləri artıra və ya genişləndirə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Əgər Ottava Amerikanın Kanadaya ixrac etdiyi mallara tariflər tətbiq etməklə və ya buna bənzər tədbirlərlə Vaşinqtona qarşı cavab tədbirləri görsə, Prezident Donald Tramp tətbiq etdiyi rüsumların əhatəsini artıra və ya genişləndirə bilər”, – sənəddə deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …