ABŞ rəhbərliyinin jurnalist Camal Kaşıqçı cinayətindən 16 gün sonra bəzi Amerika firmalarına Səudiyyə Ərəbistan ilə həssas nüvə məlumatlarını paylaşmağa icazə verdiyi ortaya çıxıb.
boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə demokrat senator Tim Keyn açıqlama verib.
Keyn, Camal Qaşıqçının ötən ilin oktyabrında Türkiyədəki Səudiyyə Ərəbistanı konsulluğunda qətlindən sadəcə 16 gün sonra Vaşinqtonun “bəzi Amerika firmalarına nüvə silahının hazırlanması ilə bağlı həssas məlumatları Səudiyyə Ərəbistanla paylaşma izni verdiyini” göstərən sənədləri gördüyünü deyib.
Keyn bütün dünyaya səs salan, Riyadla yanaşı Vaşınqtona da təsir edən sözügedən cinayətdən qısa müdət sonra ABŞ-ın Səudiyyəyə tanıdığı bu imtiyazın Vaşinqtona baş ucalığı gətirmədiyini qeyd edib.
Bu ilin fevralında ABŞ administrasiyasının Səudiyyəyə nüvə məsələsində daha bir imtiyaz verdiyini deyən senator bildirib ki, bütün bunlar ictimaiyyətə açıqlanmalıdır.
Xatırladaq ki, ötən ilin oktyabrın 2-də jurnalist Camal Kaşıqçı İstanbuldakı konsulluqda sui-qəsd nəticəsində öldürülmüşdü. Cinayət barədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın xəbəri olub. Qətldən sonra Səudiyyə Ərəbistanına təzyiqlər yüksəlmişdi.