Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

ABŞ KXDR-lə istənilən vaxt danışıqlara hazır olduğunu bildirib

Birləşmiş Ştatlar Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə istənilən vaxt, istənilən yerdə danışıqlara açıqdır.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins deyib.

“Biz istənilən yerdə və istənilən vaxt Şimali Koreya ilə danışıqlara açığıq”, o, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında brifinqdə bununla bağlı sualı cavablandırarkən deyib.

Cenkins əlavə edib ki, rəsmi Pxenyan bu mövzuda görüşlər üçün hələlik Vaşinqtonla əlaqə saxlamayıb.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …