Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ABŞ liderindən Rusiyaya ultimatum: Kremlin avqustun 8-ə qədər vaxtı var

ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

Boyukmillet.com-un xəbərinə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib.

“Rusiyanın etdikləri iyrəncdir”, – o deyib.

Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir.

“Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq – bilmirəm, o (Putin – red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik”, – ABŞ prezidenti vurğulayıb.

Check Also

Ərdoğandan İRAN xəbərdarlığı: “Bütün region uduzacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrana qarşı yönəlmiş hər hansı yeni hərbi kampaniya …