Cümə , 29 Mart 2024
Drone Cameras

ABŞ-Meksika sərhədində rəzalət – miqrantlar üçün əsir düşərgəsi

Qaçqınlara isti yemək verilmir, onlar duşa girə və paltarlarını dəyişə bilmirlər


ABŞ-Meksika sərhədində qaçqın uşaq və ailələrin saxlandığı yerlərin basırıq olması, bir çox uşağın qeyri-qanuni şəkildə 72 saatdan artıq nəzarət altında saxlandığı və uşaqlara isti yemək verilmədiyi ortaya çıxıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə bağlı olan ofisi Teksasda (Texas) yerləşən Rio Grandedəki saxlama məntəqəsinə iyun ayında etdiyi xəbərsiz ziyarətin nəticələri ilə bağlı bir arayış hazırlayıb.

Arayışda bildirilir ki, Rio Grande qanunsuz və pərakəndə olaraq köç edən qaçqınların ən çox saxlandığı bölgələrdən biridir. Bu bölgədəki bəzi nəzarət məntəqələrinin çox qələbəlik olduğu, insanlara sadəcə ayaq üstə dayana biləcək qədər yer qalması da sənəddə öz əksini tapıb. Normal şərtlərdə bu təsislərdə saxlanma müddəti 72 saat olsa da, qurum təsisçilərininn müşahidə müddətində burada 165 uşağın bir həftədən artıq saxlandığı qeydə alınıb.

Arayışda həmçinin qeyd olunub ki, bölgədə saxlanılıb buraya gətirilən uşaqların 30 faizi içəridə 72 saatdan artıq saxlanılıb. Onlardan bəziləri isə 7 yaşından kiçik olanlardır. Bundan başqa, müfəttişlər Rio Grandedəki mərkəzlərdə 3 min 400 insanın 72 saatdan artıq müddət nəzarət altında saxlandığını ortaya çıxarıb.

Arayışda eyni zamanda qeyd olunub ki, nəzarət mərkəzlərində isti yemək yoxdur, yuyunmaq məhdudiyyəti var və insanlar geyimlərini çox nadir hallarda dəyişdirə bilirlər. Bu isə gigiyena qaydalarının pozulması deməkdir. Müfəttişlər müşahidə ediblər ki, bəzi qaçqınlar qaldıqları hücrələrin pəncərələrinə “kömək istəyən” mesajlar yazıblar. 
May ayında yayılan bir başqa arayışda isə Teksasın El Paso bölgəsindəki bir saxlanma məntəqəsinin “təhlükəli dərəcədə qələbəlik və gigiyenadan məhrum” olduğu qeyd edilmişdi.

Del Norte adlı saxlamaı mərkəzinin 125 nəfərin qalması üçün hazırlanmasına baxmayaraq, mayın 7-də bu mərkəzdə 750, 8-də isə 900-ə yaxnı qeyri-qanuni miqrant saxlanılıb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …