Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Bakıya gəlib

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, – diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.

Check Also

Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Şimali Makedoniya və Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri …