Şənbə , 21 Mart 2026
Drone Cameras

ABŞ-ın Polsboro şəhərciyinin meri yanan binadan qızı xilas edib

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən şəhərciyin meri yanğınsöndürənlər gələnə qədər yanan binadan qızı xilas edib. Bu barədə NBC telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident əhalisinin sayı 6 min nəfər olan Polsboro şəhərciyində baş verib. Şəhərciyin meri Heri Stivenson dəfn mərasimindən piyada evinə qayıdırmış. Keçmişdə yanğınsöndürən işləyən Stivenson yanan evi gördükdə xilasedicilərin gəlməsini gözləmədən özünü oda ataraq, yatan qız uşağını binadan çıxarıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb. Yanğın nəticəsində heç kim xəsarət almayıb.

“Mən özümü əsla qəhrəman hesab etmirəm. Mən mer postunda işləyən adi vətəndaşam”, – deyə Stivenson bildirib.

Check Also

ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib

ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir