Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən və Ukraynaya əlavə yardım ayıran qanun layihəsini təsdiqləyib.

Boyukmillet.com-un məlumatına görə, Konqresin 226 üzvü təşəbbüsün lehinə, 195 üzvü isə əleyhinə səs verib.

Qanun layihəsi mümkün sülh razılaşması və danışıqların şərtlərinə riayət olunmasını təmin etmək üçün Rusiyanın hərəkətlərinin müntəzəm qiymətləndirilməsini tələb edir. Uyğunsuzluq halında, Rusiya rəsmilərinə, maliyyə sektoruna, neft, qaz, kömür və hasilat sənayesinə əlavə sanksiyalar tətbiq edilə bilər.

Bundan əlavə, Rusiya mal və xidmətlərinə gömrük rüsumlarının azı 500 %-ə qədər artırılması təklif olunur.

Sənəd həmçinin 2026 və 2027-ci maliyyə illərində Ukraynaya 300 milyon dollarlıq hərbi yardımın göstərilməsini nəzərdə tutur. Qanun layihəsi demokrat Qreqori Miks tərəfindən təqdim edilib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …