Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ ordusu Amerikanın Sudandakı dövlət qulluqçularını təxliyə edib

ABŞ-nin silahlı qüvvələri Prezident Cozef Baydenin əmri ilə Amerikanın dövlət qulluqçularını Sudan ərazisindən təxliyə edib, ölkədəki səfirliyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin yazılı bəyanatında deyilib.

“Bu gün mənim əmrimlə ABŞ hərbçiləri ABŞ dövlət qulluqçularının Xartumdan təxliyəsi üzrə əməliyyat keçirib”, – dövlət başçısı bildirib.

Eyni zamanda, Amerika lideri Sudandakı münaqişə tərəflərini atəşkəsə çağırıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …