Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar başa çatıb. Görüş təxminən 2,5 saat davam edib.

Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, danışıqlardan sonra S.Uitkoff və C.Kuşner Moskvadan Dublinə yola düşüblər. Onların burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılıb. Kremldə keçirilən görüş zamanı S.Uitkoff Rusiya lideri ilə apardığı danışıqlar barədə V.Zelenskini məlumatlandıracağını bildirib.

Danışıqlar aparan ABŞ nümayəndələri Moskvaya bu gün, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşdən sonra gəliblər.

Check Also

Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı qanuna düzəlişləri təsdiqləyib

Ermənistan parlamenti TRIPP şirkətinin yaradılması üçün “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişikliklər edilməsi layihəsini ikinci və …