Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib

ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri sınaq ləğvini nüvə gərginliyini azaltmaq istəyi ilə izah ediblər.

Bundan əvvəl “Minuteman III” raketinin buraxılışı martın 2-nə planlaşdırılırdı, lakin Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmək barədə bəyanatları fonunda təxirə salınmışdı.

ABŞ tərəfi bildirib ki, Rusiya ilə birgə yanlış hesablama riski nəzərə alınmalı və bu riski azaltmaq üçün addımlar atılmalıdır.

“Minuteman III”ün növbəti sınağı bu ilin sonuna planlaşdırılıb.

Qeyd edək ki, nüvə qabiliyyətinə malik “Minuteman III” ABŞ ordusunun strateji arsenalının əsas hissəsidir, 9 660 km-dən çox uçuş məsafəsinə malikdir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …