Bazar ertəsi , 18 May 2026
Drone Cameras

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır

ABŞ Maliyyə Nazirliyi gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı və daşınması əməliyyatlarının ABŞ sanksiyalarından çıxarılmasını daha 30 gün uzadır.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl bir neçə dövlət Rusiya neftinin satın alınması üçün daha çox vaxt əldə etmək məqsədilə bununla bağlı xahiş edib.

Xatırladaq ki, ABŞ aprelin 17-dək olan dövrdə tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatların mayın 16-dək həyata keçirilməsinə icazə vermişdi.

Check Also

SEPAH Yaxın Şərqdəki ABŞ hərbi bazalarını məhv edəcəyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Hörmüz boğazını blokadada dsaxlaması fonunda Fars körfəzinin cənubundakı …