ABŞ hərbçiləri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan gəmini məhv edib. Əməliyyat zamanı beş nəfər öldürülüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı ilə birbaşa əlaqəli olduğunu göstərib.
Qeyd edək ki, 2025-ci ilin payızından ABŞ hərbçiləri narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Karib dənizində və Şərqi Sakit okeanda gəmiləri hədəf alır. ABŞ mediasının məlumatına görə, “Cənub Nizəsi” adlandırılan əməliyyat gözlənilən nəticələri verməyib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

