Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Senatı Kanadaya tətbiq edilən tarif artımlarını ləğv edib

ABŞ Senatı Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tarifləri bloklamaq məqsədi daşıyan ikipartiyalı qətnaməni dəstəkləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb.

Məlumata görə, 50 senator qətnamənin “lehinə”, 46 senator “əleyhinə” səs verib.

Senat dünən də Braziliya üçün tariflərlə bağlı oxşar qətnamə qəbul edib.

Senatdakı Demokratların sabah qlobal tarifləri aradan qaldırmaq və Konqresin ticarət üzərində səlahiyyətlərini bərpa etmək üçün tarif qətnaməsi ilə bağlı növbəti səsvermə keçirəcəyi gözlənilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …