Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ Şimali Koreyadan Rusiyaya silah ixracı ilə bağlı məlumatları BMT-yə təqdim edib

Amerika Birləşmiş Ştatları BMT-nin sanksiya komitəsinə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Rusiyaya silah tədarükünü özündə ehtiva edən məlumatları təqdim edib.

Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Daha əvvəl qeyd etdiyimiz kimi, KXDR-dən silah ixracı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu pozuntuları Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcəyik”, – ABŞ rəsmisi əlavə edib.

Bundan əvvəl Kirbi brifinqdə bəzi peyk şəkillərini təqdim edib. Həmin fotolarda KXDR-dən Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinə silah tədarükü nümayiş olunub.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …