Bazar , 4 Oktyabr 2026
Drone Cameras

ABŞ Suriyanı sanksiyaların bərpa ilə hədələyir

ABŞ rəsmiləri Dəməşqi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) qarşı hərbi əməliyyatını genişləndirəcəyi təqdirdə Suriya əleyhinə məhdudiyyətlərin geri qaytarılacağı ilə hədələyiblər.

Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb.

Mənbələrə görə, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper eskalasiyanın daha da artmasının qarşısını almaq üçün hər iki tərəflə gündəlik danışıqlar aparırlar.

WSJ-nin məlumatına görə, ABŞ-ın vitse-prezidenti J.D.Vens Suriya prezidenti Əhməd əl-Şaraa ilə danışıb və onu kürdlərlə fikir ayrılıqlarını həll etməyə inandırmağa çalışıb. Qəzetin mənbələri bildirib ki, danışıqlar zamanı ABŞ rəsmiləri Dəməşq daha genişmiqyaslı hücuma keçərsə, Suriya hökumətinə qarşı sanksiyaları bərpa etməklə hədələyiblər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …