Cümə , 13 Noyabr 2026
Drone Cameras

ABŞ Türkiyənin 10 vətəndaşına sanksiya tətbiq etdi

ABŞ hakimiyyəti Hizbullah-ı maliyyələşdirdiyinə görə 10 şəxsə məhdudiyyətlər tətbiq edib.

Boyukmillet.com ABŞ Maliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, “Hizbullah-a vəsait köçürməkdən məsul olan şəbəkənin bir hissəsi olan 10 şəxs sanksiya siyahılarına əlavə edilib”. Sənədə görə, “bu şəbəkə yüz milyonlarla dollar köçürmək üçün Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə edir”. Qeyd olunur ki, bu, Hizbullah-a “valyuta əldə etməyə və sanksiyalardan yayınmağa” imkan verir.

Məhdudiyyətlər Türkiyə vətəndaşlarına tətbiq olunur.

Sənədə görə, ABŞ-ın terrorçu qrup hesab etdiyi Hizbullah da yeni sanksiya siyahılarına əlavə olunur, çünki ABŞ təşkilatın İran və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğuna inanır.

Check Also

Uitkof: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Ukrayna ilə bağlı daha bir danışıqlar raundunun təşkilini planlaşdırdıqlarını …