Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

ABŞ Türkiyəyə “F-16” satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar.

Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

Check Also

Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib

Son yeddi ay ərzində 203 mindən çox burundiyalı güclü yağışlardan zərər çəkib. Boyukmillet.com xəbər verir ki, …