Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ Ukraynanı Rusiyaya hücumlarla bağlı XƏBƏRDAR ETDİ

Tramp administrasiyası Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra bu ölkəyə xəbərdarlıq edib.

Bu hücum Qazaxıstan neftini daşıyan boru kəmərini sıradan çıxarıb və Amerika investisiyalarına təsir edib.

Boyukmillet.com xəbər verir ki, CNN bu barədə Ukraynanın ABŞ-dəkı səfiri  Olqa Stefanişinaya istinadən məlumat yayıb.

Səfir qeyd edib ki, Dövlət Departamenti Kiyevi Amerikanın iqtisadi maraqlarına zərər vurmamağa çağıran rəsmi diplomatik bildiriş yayıb, lakin Ukraynadan Rusiyanın hərbi və ya enerji obyektlərinə hücumları dayandırmağı tələb etməyib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …