Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

Amerika Birləşmiş Ştatları (ABŞ) bu həftə Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemi və döyüş sursatları, həmçinin artilleriya mərmiləri daxil olmaqla yeni hərbi yardım paketi ayıracaq.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bu həftənin sonunda administrasiya prezident tərəfindən Ukrayna üçün yeni silah və hərbi texnika paketinin ayrılacağını elan edəcək. Bu paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha çox HIMARS sistemləri, həmçinin reaktiv yaylım atəş sistemi və artilleriya mərmiləri üçün əlavə sursatlar daxil olacaq”.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …