Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ və Böyük Britaniya qüvvələri husilərin mövqelərinə intensiv zərbələr endirib

ABŞ və Böyük Britaniya qüvvələri husilərin nəzarətində olan Yəmənin Əl-Hodeyda əyalətinin ərazisinə azı 14 zərbə endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, koalisiya qüvvələri əyalətin bir neçə ərazisinə, o cümlədən Qırmızı dəniz sahillərində yerləşən Ras İsa limanına hücum edib. Mümkün qurbanlar və xəsarət alanlar barədə məlumat verilmir.

Telekanal qeyd edir ki, bu, ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə ilk hücumdan – yanvarın 12-dən bəri ən intensivi olub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …