Bazar , 4 Oktyabr 2026
Drone Cameras

ABŞ və İran arasında bu günə planlaşdırılan danışıqlar ləğv edilib

İyunun 19-na İsveçrənin Bürqenştok dağ kurortunda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən məlumat yayıb.

Bəyanat, gecə Ağ Ev nümayəndəsinin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin iranlı müzakirəçilərlə görüşmək üçün bu günə planlaşdırılan İsveçrə səfərini ləğv etdiyini bildirməsindən sonra verilib. Görüşün məqsədi Tehran və Vaşinqton arasında müharibənin dayandırılması barədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üzrə danışıqlara başlamaq idi.

“Axios”un məlumatına görə, Vaşinqtonun Vensin İsveçrəyə səfərini təxirə salmasının səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …