Şənbə , 21 Mart 2026
Drone Cameras

ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib

ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib.

Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir ki, məlumatı İranın Atom Enerjisi Təşkilatından təsdiqləyiblər.

“Natanzdakı müəssisəyə hücum nüvə silahının yayılmaması haqqında müqavilənin pozulmasıdır. Görülmüş ehtiyat tədbirləri nəticəsində Natanza edilən hücum radioaktiv materialların sızmasına səbəb olmayıb”, – təşkilatdan bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Check Also

ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir

Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün …