Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ xüsusi təyinatlıları Çindən İrana yük daşıyan gəmidə əməliyyat keçirib

Noyabr ayında ABŞ xüsusi təyinatlı qüvvələri Çindən İrana gedən gəmiyə daxil olaraq onun yükünü müsadirə edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb. Qəzetin mənbələrinə görə, ABŞ xüsusi təyinatlı qüvvələri gəmiyə Şri-Lanka sahillərində olarkən minib. Göyərtədə ikili təyinatlı mallar olub. ABŞ kəşfiyyatının məlumatına görə, yük Tehranın raket proqramı üçün komponentlərin alınmasında ixtisaslaşmış İran şirkətləri üçün nəzərdə tutulubmuş.

The Wall Street Journal əlavə edib ki, mallar müsadirə edildikdən sonra gəmi yoluna davam edib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …