Cümə , 17 May 2024
Drone Cameras

ABŞ yaxın aylarda İranla aktiv diplomatiyanı bərpa etməyə ümid edir

“ABŞ yaxın aylarda və illərdə İranın nüvə proqramı ilə bağlı aktiv diplomatiyanı bərpa etməyə ümid edir”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi deyib.

Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Vaşinqtonun diqqətini İranın nüvə proqramı ilə bağlı fəaliyyətinə yönəltmək çox çətindir:

“Ümid edirik ki, böhran qarşıdakı aylarda və illərdə həll olunduqca biz İranın nüvə proqramı ilə daha məhsuldar və hərtərəfli məşğul ola biləcəyik. Hələlik ABŞ diqqətini növbəti təxribatların qarşısını almağa və Vaşinqtonun siyasəti isə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib”.

Check Also

Slovakiya DİN: Ölkə vətəndaş müharibəsinin astanasındadır

Slovakiya vətəndaş müharibəsinin astanasındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Slovakiya KİV ölkənin Daxili İşlər …