Bazar , 15 Noyabr 2026
Drone Cameras

Abşeron dairəvi dəmir yolu xətti Novruz bayramına qədər açılacaq

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib.

Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək. 

Check Also

Ağstafa-Qardabani istiqamətində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan …