Cümə , 26 Aprel 2024
Drone Cameras

Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

Novruz bayramı ilə əlaqədar elan olunan tətil günlərində Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı bir gün keçirilib.

Boyukmillet.com xəbər verir ki, Milli Parkı ziyarət edən turistlərin, dəvətli qonaqların qatıldığı əyləncədə Zaqulba FM komandası iştirak edib.

Komandanın təşkilatçılığı, ziyarətçilərin iştirakı ilə canlı gitar musiqisi ifa olunaraq ocaq ətrafında maraqlı söhbətlərlə əsl kamp həyəcanı yaşanıb. Bununla yanaşı, ziyarətçilər gün batımını da izləyib.

Eyni zamanda, tədbir zamanı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ziyarətçilərə açıq havada yaddaqalan və əyləncəli istirahət yaşatmaq məqsədilə növbəti kamp əyləncəsinin may ayında təşkil olunması planlaşdırılır.

Check Also

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …