Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

ADA-da Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbir keçirilir

ADA Universitetində Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş telekörpü işinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, tədbirin fəxri spikerləri və qonaqları sırasında Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Ağamalı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov və digər şəxslər var.

Tədbirin moderatoru ADA Universitetində İxtisasartırma Proqramları üzrə Prorektor müavini, Universitetin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevadır.

Check Also

Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı …