Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə yönəlmiş rəqəmsal transformasiya proqramının həyata keçirilməsi üçün 1 milyon ABŞ dolları dəyərində regional texniki yardımın ayrılmasını təsdiqləyib.

“Report” ADB-yə istinadən xəbər verir ki, layihə regionun 7 dövlətini əhatə edir: Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan.

Vəsaitlər ADB-nin Xüsusi Texniki Yardım Fondundan (TASF) qrant formatında ayrılır. Proqramın 2026-cı ilin sentyabrından 2030-cu ilin sentyabrına qədər olan dövrdə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icraçı strukturu Rəqəmsal Sektor Ofisinin timsalında ADB-dir. ABD bu layihəni bankın Mərkəzi və Qərbi Asiya Departamenti və ölkə nümayəndəlikləri ilə qarşılıqlı əlaqədə həyata keçirir.

Sənədə əsasən, qrant vəsaitlərinin iştirakçılar arasında bölüşdürülməsi belədir: Tacikistan – 300 min ABŞ dolları (ümumi maliyyələşmənin 30 %-i), Qazaxıstan – 200 min dollar (20 %), Azərbaycan – 150 min dollar (15 %), Ermənistan – 150 min dollar (15 %), Pakistan – 100 min dollar (10 %), Qırğızıstan – 50 min dollar (5 %), Özbəkistan – 50 min dollar (5 %).

Məlumata əsasən, texniki yardımla diaqnostik tədqiqatların aparılması, investisiya layihələrinin hazırlanması və institusional potensialın artırılması nəzərdə tutulur. Söhbət xüsusilə, Tacikistanda məktəblərin internetə qoşulmasının texniki-iqtisadi əsaslandırmasının işlənib hazırlanmasından, Qazaxıstanda süni intellekt infrastrukturu, “Data Lake” və kibertəhlükəsizlik sahəsində investisiya ehtiyaclarının qiymətləndirilməsindən, Özbəkistanda yarımkeçiricilər sənayesinin formalaşmasına dair layihənin hazırlanmasından, Qırğızıstanda süni intellektin dövlət idarəetmə sisteminə inteqrasiyası üzrə “Sanarip Ordo 2” proqramına ekspert dəstəyindən, həmçinin Azərbaycan, Ermənistan və Pakistanda rəqəmsal sahənin diaqnostikası və investisiya portfelinin formalaşdırılmasından gedir.

Bu proqram kənd və ucqar ərazilər daxil olmaqla, rəqəmsal sahədə boşluqların aradan qaldırılmasına, kibertəhlükəsizliyin gücləndirilməsinə, etibarlı məlumat mübadiləsi mexanizmlərinin inkişafına, həmçinin süni intellekt və məkan məlumatları daxil olmaqla, qabaqcıl texnologiyaların tətbiqinə yönəlib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …