Cümə , 20 Mart 2026
Drone Cameras

AFFA İraq yığması ilə yoldaşlıq görüşündən imtina etdiklərinə dair xəbərlərə münasibət bildirib

 AFFA Azərbaycan milli komandasının İraq yığması ilə yoldaşlıq görüşündən imtinasına dair xəbərlərə münasibət bildirib.

Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu “Report”a açıqlamasında İraq tərəfdən belə bir təklif aldıqlarını təsdiqləyib. O deyib ki, iraqlılar görüşün martın 16-da Bakıda təşkil olunmasını istəyiblər. Lakin M.Nərimanoğlunun sözlərinə görə, sıx təqvim üzündən cavab müsbət olmayıb: “Biz tərəfdən bildirilib ki, 9 martda Azərbaycan yığmasının səfərdə Qətərlə yoldaşlıq görüşü, 18-19 martda isə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları olacaq. Daha sonra milli komanda Almaniya ilə martın 26-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşacaq”.

AFFA rəsmisi İraq tərəfinə əməkdaşlıqla bağlı müsbət cavab verdiklərini də əlavə edib. O, gələcəkdə məsələyə baxılmasının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin İraqla yoldaşlıq görüşündən imtinasına dair xəbəri İran mətbuatı yazıb.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir