Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edir.
Məclisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi gözlənilir.
Mərhum Türkan qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, A.Abdullayev uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.
Check Also
İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …
Boyukmillet.com Biz yanmasaq vətən yanar