Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.
Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.
Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Məsələn, son günlər Ağdam icra başçısı Vaqif Həsənovun güya rüşvət alması barədə audio yazı paylaşılıb. Bu yazıya mən bir ağdamlı kimi münasibət bildirməyi ozümə borç bildim.
Əvvala, o səs yazısı qanunsuz lentə alınıb. Bunu KİV haqda qanuna əsasən deyirəm.
İkincisi, o lentə səsin başçıya aid olub-olmaması naməlumdur. Bunu yalnız xüsusi ekspertiza təyin edə bilər. Bu olmadığı haqda əksini iddia etmək gülüncdür.
Özü də söhbətin nədən,kimdən getdiyi belə anlaşılmır. Sadəcə məqalədə başlıqda Vaqif Həsənovun adı yazılır.
Cənab başçı rayona təyin olunandan bəri vətəndaşların etimadını doğruldur. Rayonda korrupsiyanın kökü kəsilib. Gəliri kəsilmiş kimlərsə media vasitəsilə başçını qaralamaq istəyir ki, bu da əbəsdir. Prezident ona etimad edib. O da etimadı artıqlaması ilə doğruldur. Bunu mənim kimi minlərlə ağdamlı təsdiqləyə bilər.