Bazar ertəsi , 23 Mart 2026
Drone Cameras

Ağdamın icra başçısı: “Qarabağ”ı Ağdamın girişində qarşılayacağıq”

 

“Çox sevindirici haldır ki, “Qarabağ” ölkə çempionu oldu. Bu həm də qanunauyğun çempionluqdur”.

Bunu “Report”a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısıVaqif Həsənov deyib.

V.Həsənov “Qarabağ”ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:

“Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki “imarət” stadionunda oynayacağıq. O gün olsun, “Qarabağ” doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın”.

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.

boyukmillet.com

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir