Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyəcək.

Boyukmillet.com Fransa mediasına istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Addad LCI telekanalına müsahibəsində bildirib.

“Sanksiyalar Rusiyanın 150 təşkilatını və 50 bankını əhatə edəcək. Siyahıya daxil ediləcək təşkilatların böyük hissəsini məhz Fransa təklif edib”, – o bildirib.

Addad vurğulayıb ki, Paris Rusiyaya iqtisadi təzyiq göstərməyə və Ukraynanı dəstəkləməyə davam etmək niyyətindədir.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …