Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Aİ XİN başçıları Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin xarici işlər nazirləri Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro artırılmasını təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Lüksemburqda iclası keçirilən Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Şura 20 mart 2023-cü il tarixli razılaşmaya əsasən, Avropa Sülh Fondunun ümumi maliyyə tavanının 3,5 milyard avro artırılması barədə qərar qəbul edib. Bu qərar uzunmüddətli perspektivdə fondun maliyyə sabitliyini və proqnozlaşdırıla bilinməsini təmin etmək, habelə onun qlobal coğrafi əhatə dairəsini və Aİ-nin böhranların və münaqişələrin qarşısını almaq və onlara operativ reaksiya vermək qabiliyyətini saxlamaq məqsədi daşıyır”, – bəyanatın mətnində deyilir.

Check Also

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu …