Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Akademik Maqsud Əliyev II Fəxri xiyabanda dəfn olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış alim və pedaqoq, “Şöhrət” ordenli akademik Maqsud Əliyevlə vida mərasimi keçirilib.
“Report”un məlumatına görə, mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və digərləri mərhumun fizika elminə verdiyi töhfələrdən danışıblar, onun yüksək mənəvi keyfiyyətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Böyük Vətən müharibəsi iştirakçısı olan Maqsud Əliyev 1950-ci illərdən fizika elmi üzrə ciddi tədqiqatlara başlayıb, bu sahədə uğurlu nəticələrə nail olub. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib. Yarımkeçiricilər fizikasında öz məktəbini yaradan M.Əliyev qazandığı nailiyyətlərə görə “Əməkdar elm xadimi” fəxri adına, Yusif Məmmədəliyev adına mükafata, həmçinin “Şöhrət” ordeninə layiq görülüb.
M.Əliyev 400-dən çox elmi əsərin, 30 şəhadətnamə və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü olaraq ölkədə intellektual və etik mədəniyyətin inkişafına dəyərli töhfələr verib.
Sonra mərhumun ailəsi adından çıxış edən Xanlar Həsənov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.
Daha sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb. Fizik alim ikinci Fəxri xiyabanda dəfn edilib.
Qeyd edək ki, alim dekabrın 24-də 92 yaşında vəfat edib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir