Cümə , 22 Noyabr 2024
Drone Cameras

Akif Çovdarovla Sübahir Qurbanov həbsxanada ölümlərinə qədər saxlansaydılar – Faktları siyasiləşdirənlər Əli İnsanovu unudublarmı ?

İndiyədək çox əfv və aministiya aktları olub.Bu dəfəki onlardan biri ilsa da,zamana və tərkibinə görə özəllikləri var.Məsələn,bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Azərbaycanın hüquq sistemində həm də əfv institunun fasiləsiz fəaliyyəti təmin edilir.
Əfv və Aministiya aktları ətrafında Azərbaycanda həmişə mübahisələr açılıb.Bütün cəmiyyətin indiyədək birmənalı qəbul etdiyi əfv və ya aministiya faktı olmayıb.Bu dəfə də mübahisələr gedir və bu təbiidir.
Ancaq müəyyən dairələrin belə hadisələrə münasibəti dəyişmir və bütün hallarda siyahıdakı kimlərsə,hansı məqamlarsa mübahisə predmetinə çevirirlər,həm də siyasiləşdirirlər.
Əfv aktının siyasiləşdirilməsi cəhdlərinə bu dəfə də rast gəlindi.Əsasən adları olan “məşhurlar”- Akif Çovdarovun ,Sübahir Qurbanovun azadlığa buraxılmalarını siyasiləşdirmək cəhdləri özünü göstərir.Konkret desək, iddiaların məntiqi budur ki, Akiflə Sübahir həbsxanada ölümədək saxlanmalı idilər və ya buraxılıblarsa ,deməli burada siyasi motivlər var .Heç bir orta mövqe tanımayan, qəti inkar və radikal son hədd baxışları…
Əlbəttə,keçmiş KQB-nin hər iki generalı adlarını çəkmədiyim bəzi başqa sabiq generallar kimi cinayətlər törədiblər və bunlara görə normal vəziyyətlərdə onlara heç bir bəraət düşünmək olmazdı.Ancaq bəzi qeyri -siyasi və humanitar xarakterli nüanslar var ki, onları nəzərə almamaq olmur.Məsələn, hər iki cinayətkar generalın yaşları 65-i ötüb ,üstəlik ağır xəstəliklərinə dair məlumatlar rəsmən təsdiqlənib.Gənc olsaydılar ,bəlkə də onların buraxılma qərarı ilə bağlı mübahisələrə tam haqq vermək olardı.Lakin yaşları 65-i ötüb və bu əfv də məhz bu yaş qrupundan olan insanlara nəzərən qəbul edilib.
Digər tərəfdən,yaşları artıq 70-i ötmüş insanların azadlıqda cəmiyyət üçün böyük təhlükə mənbəyi ola biləcəklərini düşünmək doğru olmazdı.Nəhayət, törətdikləri cinayətlərin dərəcəsi də əfv üçün imkanverici əsaslar yaradır. Ən əsası isə odur ki,yaşları 70 -ötmüş xəstə adamların həbsxanada ölmələri kimi bir arzuolunmaz vəziyyətin qarşısını almaq həqiqətən doğru yoldur.Mən əminəm ki,bu gün Akiflə Sübahirin əvf edilməsini siyasi akt hesab edənlər hər iki xəstə məhbusun həbsxanada xəstəlik və qocalıqdan öldükləri təqdirdə də məsələni siyasiləşdirmək fürsətini əldən verməyəcəkdilər,yəni deyəcəkdilər ki, bu hakimiyyət xəstə və yaşlı dustaqları məhz qərəz və qisasçılıqla həbsxanada ölüm həddinə gətirdi.
Bir vaxtlar ,məsələn, Əli İnsanovun buraxılmasını istəyənlər onun yaşlı və xəstə olması faktını əsas tutmurdularmı?Eyni faktlara fərqli motivlərlə yanaşmaq olmaz.Elə Əli İnsanovun özü də azadlığa bir qədər tez buraxılsaydı dünya dağılmazdı və hadisələr də göstərdi ki,bir sıra gözləntilərin əksinə olaraq Əli İnsanov azadlıqda ölkədəki siyası vəziyyətə heç bir təsir edə bilmədi.Zatən siyasi xarizması olmayan, vaxtı keçmiş ,siyasi lider kimi elə bir qeyri-adi xüsusiyyətləri olmayan qoca bir adam başqa nə edə bilərdi ki…
Əfv siyahısını Akiflə Sübahirə görə siyasiləşdirənlərin arqumentləri çox zəifdir.Bu yaşda və bu xəstəliklərlə onları əfv etməməyin özü qeyri-humanistlik olardı…
Sadəcə cinayətinin dərəcəsi imkan verən bütün yaşlı dustaqlar barədə əfv institunun işləməsi təmin edilməlidir.Yəqin belə də olacaq.Ancaq törətdiyi cinayətin dərəcəsi əfvə uyğun gələn dustaqlardan söhbət gedir..Daha insanların namusunu ləkələyən,tamah məqsədilə ağır qətllər törədənlərdən danışmırıq…Belələrinin hansı yaşda olması ona bəraət haqqı verməz…

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …