Şənbə , 27 İyul 2024
Drone Cameras

Aktiv və passiv seçki dairələri… 1 saylı Şərur-Sədərək seçki dairəsi və 28 saylı Sabunçu üçüncü seçki dairəsi..

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində saat 15:00-a qədər 2 milyon 90 min 589 seçici iştirak edib.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, səsverməyə start verilən andan – saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 2 milyon 90 min 589 nəfəri (39.23%) səsvermədə iştirak edib.

Saat 15:00-a olan aktiv və passiv seçki dairələri də açıqlanıb. Fərid Orucovun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 61.4 faiz (46 min 225 seçicidən 23 736 nəfər) seçici fəallığı qeydə alınıb. Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib.

Check Also

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib …