Cümə , 19 Aprel 2024
Drone Cameras

Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …