Şənbə , 15 Mart 2025
Drone Cameras

Alimlər “buz adamı”nın ölümündən əvvəl nə yediyini açıqlayıblar

Alimlər Etsi adlı “buz adamı”nın ölümündən əvvəl nə yediyini müəyyənləşdirə biliblər. AZƏRTAC “svopi.ru” saytına istinadla xəbər verir ki, alimlər tədqiqatlarının nəticələrini Vyanada keçirilən konfransda açıqlayıblar.

Tədqiqatçılar mumiyanın mədəsində olan yeməyin qalıqlarını öyrənərək, Etsinin ölümündən əvvəl qaxac ət yediyini müəyyən ediblər. Onun yediyi, çox güman, dağ keçisinin əti olub, çünki Etsinin tapıldığı regionda məhz bu heyvanlar məskunlaşıb.

“Buz adamı” 5300 il əvvəl ölüb. Onun mumiyaya dönmüş bədəni 1991-ci ildə Etstal Alplarında, dəniz səviyyəsindən 3200 metr yüksəklikdə aşkar edilib. Çox soyuq dağ iqlimi sayəsində Etsinin bədəni, demək olar, dəyişməz qalıb. Mumiyanı tədqiq edən alimlər Etsinin 45 yaşında öldüyünü bildirirlər. Məlum olub ki, qədim insan mədə xəstəliyindən əziyyət çəkirmiş. Etsinin dərisi ağ, boyu təqribən 160 santimetr, çəkisi isə 50 kiloqramadək olub.

Alimlər müəyyən edə biliblər ki, Etsinin ana tərəfindən qohumları olmayıb. Bunun müqabilində ata nəslinin 19 varisi olub.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir