Cümə , 29 Mart 2024
Drone Cameras

Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik dünya çempionatının Qətərdə keçirilməsindən narazıdır.

Boyukmillet.com-un məlumatına görə, 57 yaşlı mütəxəssis bu barədə “Zeitung” nəşrinə açıqlamasında bildirib.

Flik bu ölkədə mundial təşkil etməyin düzgün qərar olmadığını söyləyib: “Qətərdə insan hüquqları qorunmur. Bu, göz qabağındadır”.

Qeyd edək ki, DÇ-2022 20 noyabr – 18 dekabrda gerçəkləşəcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.

(Report.az)

Check Also

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq …