Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Almaniya Ukraynaya “Patriot” göndərəcək

Almaniya Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərininin istehsalına başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu haqda Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəhbəri Kristian Freydinq deyib və əlavə edib ki, həmin raketləri Almaniya Ukraynaya da göndərə biləcək.

Onun sözlərinə görə, Almaniyada istehsal olunan bu raketlərin ilk tədarükü 2026-2027-ci illərdə gözlənilir.

Berlinin ABŞ-nin razılığı olmadan Kiyevi raketlə təmin edə biləcəyi ilə bağlı suala Freydinq: “Bu, müstəqil istehsal xəttidir. Bu, yeni Avropa istehsal xətti olacaq”, – deyə cavab verib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …