Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Almaniyada Azərbaycan-Ermənistan danışıqlarının birinci günü başa çatıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyan və Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Barbok arasında üçtərəfli görüş keçirilib. Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi məsələləri müzakirə edilib. Nazir Mirzoyan görüşün və danışıqların keçirilməsinə görə alman tərəfinə təşəkkürünü bildirib”.

Üçtərəfli görüşdən sonra Mirzoyan və Bayramov ikitərəfli formatda danışıqlar aparıblar. Razılaşmaya əsasən, müzakirələr fevralın 29-da davam etdiriləcək.

Check Also

Avropalı politoloq: Bakı ilə Belqrad arasında münasibətlər sabit yüksəliş trendinə malikdir

Son 15 ildə Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər sabit yüksəliş tendensiyasına malikdir. Boyukmillet.com xəbər …