Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Almaniyada inflyasiya fonunda dövlət qulluqçularının maaşı artırılır

Almaniya hakimiyyəti inflyasiya fonunda 2,5 milyondan çox məmurun maaşını artıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Hökumət dövlət sektoru işçilərinin maaşlarının artırılması ilə bağlı həmkarlar ittifaqları ilə görüş keçirib və dövlət qulluqçularının iş şəraitini yaxşılaşdırmağa söz verib.

2023-cü ilin martından adi əmək haqqı 200 avro, ondan sonra isə daha 5,5% artırılacaq.

Mart ayında Almaniyada illik inflyasiya 7,4%-ə çatıb.

Bu ilin əvvəlində Almaniyada dövlət qulluqçularının bir neçə irimiqyaslı tətilləri olub.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …