Şənbə , 24 Oktyabr 2026
Drone Cameras

Almaniyanın Passau şəhərində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək aksiyası keçirilib

Avropanın müxtəlif şəhərlərində Azərbaycanda həbsdə olan jurnalistlərə diqqət çəkmək məqsədilə başladılan beynəlxalq kampaniya davam edir.

Növbəti dəstək aksiyası Almaniyanın Passau şəhərində keçirilib. Aksiya çərçivəsində Azərbaycanda həbsdə olan jurnalistlərin portretləri şəhərin mərkəzi küçələrində nümayiş etdirilib. Eyni zamanda üzərində “Jurnalistlər Azərbaycan hökuməti tərəfindən həbsdə girov kimi saxlanılır” şüarı yazılmış plakatlar yerləşdirilib.

Təşəbbüsün məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda söz və media azadlığı ilə bağlı vəziyyətə yönəltmək, həbsdə olan jurnalistlərlə həmrəylik nümayiş etdirməkdir. Kampaniyanın digər Avropa şəhərlərində də davam etdiriləcəyi bildirilir.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …