Konfrans noyabr ayının 23 də reallaşdı .Olduqca möhtəşəm şəkildə hazırlanmış konfransa böyük qatılım müşahidə edilirdi.
AMEA rəyasət heyətinin, prezident aparatının və respublika elmi ictimayətinin, həm də Qərbi Azərbaycan icmasının nümayəndələrinin qatıldıgı konfransı giriş sözü ilə AMEA prezidenti akademik İsa Həbibbəyli açaraq bu konfransın siyasi və elmi əhəmiyətin böyük olması baradə danışdı.
O, həmdə AMEA nın bir qurum olaraq daim bütün istiqamətlərdə Dövlətimizin , xalqımızın və şəxsən ölkə prezidenti cənab İlham Əliyevin yanında oldugunu bir daha vurguladı.
Sonra inistitutun baş direktoru prof.Nadir Məmmədli konfrans iştirakçılarına və qonaqlara “xoşgəldingəldin” deyərək könfransın işinə ugurlar arzuladı .Daha sonra söz məruzəçilərə verildi.
Öz adımızdan onu deyə bilərəm ki, çıxışların dərin məzmunlu, çoxlu elmi faktlara söykənən məruzələri dinləyənlərdə boyuk maraq oyandırdı.
Təmsil etdiyim Böyük Millət saytının və şəxsən öz adımdan belə möhtəşəm tədbirə görə inistitut rəhbərliyinə və şəxsən Baş direktor prof.Nadir Məmmədliyə təşəkkürümü bildirirəm. Rəhbəri oldugu kollektivə isə daha möhtəşəm ugurlar diləyirəm. Necə deyərlər” Sükanı belə saxla”.
Sima Babayeva